•· Müəssisənin biznes strategiyasına uyğun İnsan Resursları strategiyasını icrasını təmin etmək və davamlı olaraq təkmilləşdirmək
•· İşçi qüvvəsinin planlaşdırılmasını (Workforce Planning) həyata keçirmək və təşkilati inkişaf təşəbbüslərini dəstəkləmək
•· İşə qəbul və seçim prosesini tam şəkildə idarə etmək (vakansiyaların hazırlanması, namizədlərin axtarışı, müsahibələrin keçirilməsi və iş təklifinin təqdim edilməsi)
•· Təlim ehtiyaclarını müəyyən etmək, illik təlim planını hazırlamaq, təlim proqramlarını təşkil etmək və onların effektivliyini qiymətləndirmək
•· Performansın idarə olunması sistemini qurmaq və inkişaf etdirmək, performans qiymətləndirmələrini koordinasiya etmək, KPI və inkişaf planlarının tətbiqini dəstəkləmək
•· Gündəlik HR əməliyyatlarının (HR Operations) düzgün və effektiv icrasını təmin etmək
•· HR siyasət və prosedurlarını hazırlamaq, yeniləmək və onların müəssisə daxilində tətbiqinə nəzarət etmək
•· Əmək qanunvericiliyinə uyğunluğun təmin edilməsinə nəzarət etmək və HR risklərini idarə etmək
•· İşçi məmnuniyyəti, motivasiya, korporativ mədəniyyət və işəgötürən brendinin inkişafı istiqamətində layihələr həyata keçirmək
•· Şöbə rəhbərləri ilə sıx əməkdaşlıq edərək insan resursları üzrə strateji tərəfdaş (HR Business Partner) kimi çıxış etmək
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
· HR göstəricilərini (HR Metrics/KPI) təhlil etmək, müvafiq hesabatlar hazırlamaq və rəhbərliyə strateji qərarların qəbulunda dəstək vermək
•İnsan Resursları, Biznesin idarə olunması, Menecment və ya digər uyğun ixtisas üzrə ali təhsil üstünlükdür
•İnsan Resursları sahəsində minimum 6 il, rəhbər vəzifədə isə ən azı 2 il iş təcrübəsi
•HR strategiyasının hazırlanması və icrası sahəsində praktiki təcrübə
•İşə qəbul və seçim, təlim və inkişaf, performansın idarə olunması, HR əməliyyatları, əməkdaş münasibətləri və təşkilati inkişaf sahələrində dərin bilik və təcrübə
•Azərbaycan Respublikasının Əmək Məcəlləsi və əmək qanunvericiliyini yaxşı səviyyədə bilmək
•HR siyasətləri, prosedurları, KPI sistemi və istedadların idarə olunması üzrə bilik və təcrübə
•Analitik düşünmə, strateji planlaşdırma və qərarvermə bacarıqları
•Güclü liderlik, komanda idarəetmə, ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı
•Microsoft Office proqramlarında, xüsusilə Excel, Word və PowerPoint proqramlarında sərbəst işləmək bacarığı
•Azərbaycan dili və ingilis dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı
•Yüksək məsuliyyətlilik, təşəbbüskarlıq, məxfilik prinsiplərinə riayət etmə və nəticəyönümlü yanaşma.20 Yanvar və yaxın ərazilərə yaxın yaşayanlara üstünlük veriləcək