•Veysəloğlu Əmlak MMC şirkəti Biznes və Maliyyə Analitiki vakansiyasını açıq elan edir. Namizədə tələblər Maliyyə, Mühasibat uçotu və ya əlaqəli sahə üzrə ali təhsil. IFRS üzrə yaxşı nəzəri və praktiki biliklər. ACCA sertifikatlarının olması və ya ACCA proqramında aktiv təhsil alması üstünlükdür. Güclü akademik baza və analitik düşüncə qabiliyyəti. Maliyyə sahəsində minimum 1–1,5 il iş təcrübəsi. İş təcrübəsinin ən azı beynəlxalq və ya yerli auditdən mütəmadi keçən (audit olunan) şirkətlərdə əldə olunması. Maliyyə hesabatlarının hazırlanması və təhlili üzrə ilkin praktiki təcrübə. Excel proqramını yüksək səviyyədə bilməsi (Pivot Table, XLOOKUP/INDEX-MATCH, Power Query və s. üstünlükdür). Məsuliyyətli, detallara diqqətli və öyrənməyə açıq olması. Vəzifə öhdəlikləri Şirkətin aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək. Layihələr üzrə büdcələrin, forecast-ların və faktiki nəticələrin təhlilini aparmaq. Layihə rentabelliyi, xərc strukturu və maliyyə göstəriciləri üzrə analitik hesabatlar hazırlamaq. IFRS tələblərinə uyğun uçotun qurulması və tətbiqi prosesində iştirak etmək. Yeni mühasibat uçotu siyasətlərinin və prosedurlarının hazırlanmasına dəstək vermək. ERP sisteminin maliyyə modulunun qurulması və biznes proseslərinin xəritələndirilməsi layihələrində iştirak etmək. Maliyyə məlumatlarının düzgünlüyünü və tamlığını təmin etmək üçün nəzarət prosedurlarını dəstəkləmək. Müqavilələr, investisiya layihələri və digər biznes təşəbbüsləri üzrə maliyyə təhlilləri hazırlamaq. NPV, IRR, Payback Period və digər investisiya göstəricilərinin hesablanmasında iştirak etmək. Büdcə, xərc nəzarəti və pul vəsaitlərinin planlaşdırılması proseslərinə dəstək vermək. Daxili və xarici audit prosesləri üçün tələb olunan məlumat və hesabatları hazırlamaq. Maliyyə məlumatlarının avtomatlaşdırılması və analitik hesabatlılığın təkmilləşdirilməsi istiqamətində təşəbbüslər irəli sürmək. Rəhbərlik üçün operativ və strateji qərarların qəbulunu dəstəkləyən təqdimatlar və analitik materiallar hazırlamaq. CFO tərəfindən verilən digər maliyyə, analitika və transformasiya layihələrini icra etmək.
İş Şərtləri İş məkanı: Azure Plaza Əmək haqqı: Razılaşma əsasında Beynəlxalq Sertifikatların alınmasında tam maddı dəstək İş rejimi: 5 gün (Həftəiçi) Nahar
•Təmin edilir Servis xidməti Mövcuddur Karyerasını bizimlə davam etdirmək istəyən namizədlər mövzu hissəsində “Biznes və Maliyyə Analitiki” qeyd etməklə öz CV-formalarını Career@veyseloglu.az elektron poçt ünvanına göndərə bilərlər.
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.