•Azərbaycanın Xəzər dənizi sahilində yerləşən Sea Breeze Resort ərazisində fəaliyyət göstərəcək yeni lüks əyləncə və qonaqpərvərlik məkanı "Royale Casino" genişmiqyaslı işə qəbul prosesinə başlayıb. Şirkətin rəsmi karyera səhifəsində yerləşdirilən məlumata görə, layihə çərçivəsində 2 000-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Karyera portalında hazırda 14-dən çox şöbə üzrə 96-dan artıq vakansiya elan edilib. "Royale Casino" beynəlxalq əyləncə, xidmət və qonaq təcrübəsi standartları əsasında formalaşdırılan yeni konsepsiya kimi təqdim olunur. Kompleks kazino oyunları ilə yanaşı, yüksək səviyyəli qonaqpərvərlik, restoranlar, canlı tədbirlər, müasir qastronomiya və kurort xidmətlərini bir məkanda birləşdirəcək. Vakansiyalar müxtəlif istiqamətləri əhatə edir. Bunlara canlı oyunlar (Live Game), slot oyunları, qida və içki (F&B), mətbəx, kassir, ictimaiyyətlə əlaqələr, sürücü, təhlükəsizlik, insan resursları, satınalma, informasiya texnologiyaları, video müşahidə, sosial media və dizayn, texniki xidmət və digər sahələr daxildir. İşə qəbul olunan əməkdaşlar arasında kazino dileri, pitboss, slot operatoru, kassir, resepsionist, hostes, ofisiant, aşpaz, somelye, barista, barmen, marketinq mütəxəssisi, dizayner, İT mütəxəssisi, təhlükəsizlik əməkdaşı, sürücü, insan resursları üzrə mütəxəssis və digər peşələr üzrə əməkdaşlar yer alacaq.
Şöbələr: https
•//royalesb.
com/jobs Vəzifələr: https
•//royalesb.
com/jobs
view=positions Müraciətinizi göndərin: https
•//royalesb.com/apply
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.