•Şirkətimiz mühəndislik və geologiya sahəsində ixtisaslaşmışdır. Bizə sosial media mütəxəssisi deyil, şirkətin gördüyü texniki işləri dərindən öyrənəcək, şöbə rəhbərləri ilə ünsiyyətdə olaraq məlumatları toplayacaq və bu məlumatları peşəkar PowerPoint təqdimatlarına çevirərək yeni müştərilərə təqdim edəcək vizual strategiya mütəxəssisi lazımdır.
Əsas Fəaliyyət Sahələrimiz (Namizədin öyrənəcəyi istiqamətlər): Sizdən aşağıdakı 4 əsas istiqamət üzrə şirkətin imkanlarını öyrənmək və təqdimat materialları hazırlamaq tələb olunacaq: Mühəndisi-Geoloji Tədqiqatlar
•Tikinti və layihələndirmə öncəsi süxurların analizi
Geoloji Kəşfiyyat Qazması
•Faydalı qazıntıların və yerin quruluşunun müəyyən edilməsi
Topoqrafiya
•Ərazinin relyef planının və xəritələrinin hazırlanması
Geofizika
•Yeraltı strukturların fiziki üsullarla tədqiqi.
Sizin Öhdəlikləriniz
•Layihələrin rəsmi adlarını bilmək Layihələrin dövlət və ya dünya əhəmiyyətliliyi bilmək Layihənin hansı şirkət tərəfindən görülməsi və sifarişçinin hansı şirkət olduğunun bilmək Layihə haqqında daha ətraflı və zəruri məlumatların yuxarı rəhbərliklə razılaşdırılmış formada təqdimatlarda və ya veb-saytlarda yerləşdirilməsi üçün təkliflər vermək Arxivlərdən təqdimat və ya veb saytlar üçün uyğun şəkilləri seçmək Layihələrə uyğun olaraq şəkillər çəkmək və çəkilən şəkillərin şirkətin bulud (və ya digər razılaşdırılmış formatda) sistemində layihələr üzrə saxlanılmasını təmin etmək PowerPoint proqramında şirkətin vizit kartı olacaq mükəmməl, müasir və estetik təqdimatların yığılması
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
•Şirkətin xidmətlərinə uyğun yeni potensial müştərilərin tapılması
•Potensial müştərilərlə görüşmək və hazırladığınız təqdimatları onlara peşəkar şəkildə təqdim etmək.
Şirkətin rəsmi saytlarının mütəmadi olaraq nəzarətdə saxlanılması, məlumatların aktuallığının yoxlanılması və zəruri yenilənmələrin təşkili Namizədə dair Tələblər: PowerPoint Master
•PowerPoint-i sadəcə bilmək yox, yüksək vizual zövqlə istifadə etmək
Öyrənmə Həvəsi
•Texniki (mühəndislik/geologiya) mövzulara girməkdən və mürəkkəb prosesləri sadə dildə izah etməkdən qorxmamaq
Təqdimat Bacarığı
•Səlis nitq, özünəinam və korporativ müştərilərlə görüşmək qabiliyyəti
Dil Bilikləri
•Azərbaycan dili (əla), Rus dili (yaxşı), İngilis dili (arzuolunandır, bilən namizədlərə üstünlük veriləcəkdir.
) İş qrafiki: İş yeri: Xırdalan şəhəri, Şıxəli Qurbanov küçəsi İş rejimi: 5 günlük, saat 09:00 - 18:00 Əmək haqqı
•Müsahibə əsasında namizədin bilik və bacarıqlarına əsasən müəyyən ediləcəkdir. Maraqlanan namizədlər öz CV-lərini hr@at-geotech.com elektron poçt ünvanına göndərə bilərlər.
Kredit Risklərinin Təhlili Departamentinin Korporativ Kredit Risklərinin Təhlili Şöbəsinin mütəxəssisi