•Tender elanlarının gündəlik monitorinqi (dövlət və özəl platformalar). Tender şərtlərinin və müqavilə layihələrinin detallı təhlili. Texniki təklifin hazırlanması və uyğunlaşdırılması. Şirkətin müxtəlif şöbələrindən tələb olunan məlumatların toplanması və koordinasiyası. Tender sənədlərinin (EOI, RFI, RFQ, RFP) şirkət standartlarına uyğun tərtibi. Sifarişçi ilə yazışmaların aparılması, izah və sorğuların cavablandırılması. Tender proseslərinin (göndərilmə, qəbul təsdiqi, qeydlər) sənədləşdirilməsi. Qazanılmış tenderlər üzrə müqavilə bağlanması prosesinə dəstək. Tender arxivinin və məlumat bazasının yenilənməsi.
Tələblər
•Ali təhsil (iqtisadiyyat, mühəndislik, menecment və ya əlaqəli sahələr üstünlükdür). Tender sənədləri, satınalma prosedurları, kommersiya hüququ barədə biliklər. Tikinti, sənaye və ya mühəndislik sahəsində təcrübə üstünlükdür. MS Office (xüsusilə Excel) üzrə yüksək səviyyə. Texniki sənədləşmə və rəsmi yazışma bacarığı. Azərbaycan dilində səlis, ingilis və rus dillərindən ən azı biri üzrə iş bilikləri. Diqqətlilik, analitik düşüncə və vaxt idarəetməsi.
İş şəraiti
•Azərbaycan Respublikası ƏM uyğun işə qəbul
•Həftədə 2 gün istirahət. Zəruri hallarda qısa müddətli səfərlər mümkündür. Stressli və vaxt məhdudiyyətli proseslərdə işləmək bacarığı tələb olunur.
Əmək Haqqı
•Namizədin bilik və bacarıqlarından asılı olaraq dəyişəcək. Müvafiq tələblərə uyğun olan namizədlər şəkilli CV-lərini mövzu hissəsində “Tender üzrə mütəxəssis” qeyd etməklə hr@amina.az elektron ünvanına göndərə bilərlər.
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.