İş yeri: Qaradağ rayonu, Qobustan qəsəbəsi (Quru qarışıqlar istehsalı) Tələblər
•Orta və ya peşə təhsili
•Əlaqədar sahə üzrə azı 1 il iş təcrübəsi
•MS Office komputer proqramı üzrə bacarıqlar arzuolunandır
•Yüksək məsuliyyət, dəqiqlik və iş intizamı.
Vəzifə və Öhdəliklər
•Tələb olunan kimyəvi qatqıların müəyyən edilmiş miqdarda hazırlanması və istehsal prosesinə əlavə olunması
•Qatqıların tələblərə uyğun dozalanması və qarışığa əlavə olunması zamanı istifadə olunan avadanlıqların işə salınması, tənzimlənməsi və nəzarətdə saxlanılması
•İstehsalat avadanlıqlarının təmizliyinə və işlək vəziyyətdə saxlanmasına nəzarət etmək
•İstehsalat prosesində kimyəvi qatqılarla bağlı qeyri-adi hallar barədə dərhal rəhbərliyə məlumat vermək
•Əmək təhlükəsizliyi, yanğın təhlükəsizliyi və ətraf mühitin mühafizəsi qaydalarına riayət etmək
•Qatqıların saxlanma müddətinə və istifadəyə yararlılıq tarixlərinə nəzarət etmək, vaxtı keçmiş maddələri ayırmaq və rəhbərliyə bildirmək
•Kimyəvi qatqıların vizual ilkin keyfiyyətinə nəzarət – rəngi, nəmliyi, kənar hissəciklərin miqdarı və s.
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
•Xammal qarışdırıcısının iş prinsipini bilmək və düzgün istismar qaydalarına riayət etmək
•Növbə ərzində işlədiyi sahədə təmizlik işlərini aparmaq
•İş yerini, avadanlıqları və ətraf mühiti təmiz və sanitariya qaydalarına uyğun saxlamaq
•Şirkət üzrə verilən əmr və sərəncamların, iş təlimatlarının və SƏTƏM üzrə təlimatların tələblərinin yerinə yetirilməsi
•Ona həvalə olunmuş avadanlığın, cihazların, alətlərin və ləvazimatların saz və nizam vəziyyətdə saxlanılması və onların təhlükəsiz, texniki cəhətdən düzgün istismarı
•İş yerində təhlükəsiz əmək şəraitinin təmin edilməsi və iş təlimatlarının tələblərinin yerinə yetirilməsi
•Fərdi mühafizə vasitələrindən (FMV) düzgün istifadəsi
•Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təsdiqlənmiş təxliyyə planına uyğun hərəkət edilməsi
•API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğun sənədlərin tətbiqi
•Rəhbərliyin verdiyi digər tapşırıqların icrası. CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə hr@stormdrymix.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.