İş şəraiti İş yeri: Bakı İş qrafiki: Tam ştat, həftə içi 5 gün Əmək haqqı: əmək haqqı + nəticəyə bağlı bonus (müsahibə zamanı razılaşdırılır) Vəzifə öhdəlikləri Bazar analizi (işin əsas hissəsi)
•Bazar həcminin, tələbatın və trendlərin araşdırılması
•yeni məhsul/xidmət istiqamətləri üzrə əsaslandırılmış təkliflərin verilməsi
Rəqib analizinin mütəmadi aparılması
•rəqiblərin çeşidi, qiymətləri, aksiyaları və satış kanallarının izlənməsi, müqayisəli hesabatların hazırlanması
Qiymət analizi və qiymətqoyma üzrə təkliflər
•hansı məhsulda marja artırıla bilər, hansında qiymət bazardan kənardır
Şirkətin satış datasının analizi
•hansı məhsul, müştəri qrupu və bölgə qazandırır — satış səylərinin düzgün istiqamətə yönəldilməsi üçün aylıq analitik hesabat
•Müştəri rəyi və tələbatının öyrənilməsi (sorğular, satış komandasından geri dönüşlər), itirilmiş müştərilərin səbəb analizi
•Yeni bazar seqmentlərinin və satış kanallarının (bölgələr, korporativ müştərilər, topdan/pərakəndə) qiymətləndirilməsi
Marketinq (analizin icra hissəsi)
•Analiz nəticələrinə əsaslanan marketinq planının hazırlanması və icrası
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
•Ödənişli reklam kampaniyalarının qurulması və idarəsi (Meta Ads, Google Ads), sosial media hesablarının aparılması
•Kampaniyalardan gələn müraciətlərin qeydiyyatı və satış komandasına ötürülməsi
Hər kampaniya üzrə nəticə hesabatı
•xərc, müraciət sayı, müraciətin maya dəyəri, satışa çevrilmə faizi. Namizədə tələblər Marketinq, iqtisadiyyat, biznesin idarə edilməsi və ya oxşar sahədə ali təhsil
•Marketinq və ya bazar araşdırması sahəsində minimum 2-3 il təcrübə (ticarət/distribusiya şirkətində təcrübə üstünlükdür)
Güclü analitik bacarıq
•Excel-də sərbəst iş (pivot cədvəllər, əsas funksiyalar)
•Power BI bilikləri ciddi üstünlükdür
•Bazar və rəqib analizi aparıb nəticəni konkret təklifə çevirmə təcrübəsi — müsahibədə real nümunə istəyəcəyik
•Rəqəmsal reklam alətləri (Meta Ads, Google Ads) ilə praktiki iş təcrübəsi
•Hesabat və təqdimat hazırlama bacarığı (PowerPoint)
•Azərbaycan dili sərbəst
•rus dili üstünlükdür
•Nəticəyə yönümlülük və təşəbbüskarlıq — hazır tapşırıq gözləyən yox, bazarı analiz edib təklif gətirən namizəd axtarırıq. Maraqlanan namizədlər CV-lərini və (varsa) hazırladıqları analiz/kampaniya nümunələrini mövzu (subject) hissəsində “Marketinq və bazar analizi” qeyd etməklə hrsabinasafarova@gmail.com elektron ünvanına göndərə bilərlər. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.