•Vəzifə öhdəlikləri Bakalavr və magistratura səviyyələrində "Mühasibat" ixtisası üzrə nəzərdə tutulmuş fənlərin (Maliyyə uçotu, İdarəetmə uçotu, Vergi uçotu, Audit, Maliyyə hesabatları, Beynəlxalq Maliyyə Hesabatı Standartları (BMHS/IFRS), Dövlət sektorunda mühasibat uçotu, Xərclərin uçotu, Mühasibat informasiya sistemləri, Maliyyə təhlili və digər ixtisas fənləri) tədrisini həyata keçirmək
•Fənn proqramlarını (syllabus), təqvim-mövzu planlarını, mühazirə materiallarını, praktik məşğələ tapşırıqlarını və qiymətləndirmə meyarlarını hazırlamaq və mütəmadi yeniləmək
•Müasir pedaqoji yanaşmalar, rəqəmsal texnologiyalar və interaktiv tədris metodlarından istifadə etməklə tədris prosesini təşkil etmək
•Tələbələrin biliyini mövcud qiymətləndirmə qaydalarına uyğun qiymətləndirmək, imtahan sualları və qiymətləndirmə materialları hazırlamaq
•Tələbələrin kurs işlərinə, buraxılış ixtisas işlərinə və magistr dissertasiyalarına elmi rəhbərlik etmək
•Mühasibat uçotu və audit sahəsində normativ-hüquqi dəyişiklikləri, beynəlxalq standartları və müasir təcrübəni tədris prosesinə inteqrasiya etmək
•Elmi-tədqiqat fəaliyyəti ilə məşğul olmaq, nüfuzlu elmi jurnallarda məqalələr dərc etdirmək, konfrans və seminarlarda iştirak etmək
•Tələbələrin istehsalat təcrübəsinin təşkili və mühasibat, audit, maliyyə və vergi qurumları ilə əməkdaşlığın inkişaf etdirilməsində iştirak etmək
•Kafedranın tədris, metodiki və təşkilati fəaliyyətində fəal iştirak etmək
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
•Ali təhsil üzrə normativ hüquqi sənədlər. Peşəkar bacarıqlar Müasir tədris metodlarından və rəqəmsal texnologiyalardan istifadə etmək bacarığı
•Maliyyə və mühasibat hesabatlarının hazırlanması və təhlili
•Mühasibat proqram təminatları ilə işləmək bacarığı
•Elmi-tədqiqat və akademik yazı bacarığı
•Analitik və tənqidi düşünmə
•Təqdimat və effektiv ünsiyyət bacarığı
•Tələbəyönümlü yanaşma və mentorluq bacarığı
•Komandada işləmək və təşkilatçılıq bacarığı
•Problemlərin operativ həlli və qərarvermə bacarığı. Dil bilikləri Azərbaycan dilini sərbəst bilmək
•İngilis dilini ən azı B2 səviyyəsində bilmək arzuolunandır
•Rus dilini bilmək üstünlük hesab edilir. Kompüter bilikləri Microsoft Office proqramlarında (xüsusilə Excel) yüksək səviyyədə işləmək
•LMS platformaları (Moodle, Blackboard, Canvas və s.) ilə işləmək bacarığı
•1C, SAP, Oracle Financials, Microsoft Dynamics, Logo, ERP sistemləri və digər mühasibat proqramlarından ən azı biri ilə işləmək bacarığı üstünlük hesab edilir
•Elektron bəyannamə, e-qaimə, e-faktura və digər rəqəmsal maliyyə platformaları barədə biliklər
•Elmi məlumat bazaları (Scopus, Web of Science, Google Scholar və s.) ilə işləmək bacarığı. Digər zəruri meyarlar Akademik və peşə etikasına riayət etmək
•Elmi fəaliyyətə və davamlı peşəkar inkişafa yüksək motivasiya
•Məsuliyyətlilik, təşəbbüskarlıq və yüksək təşkilatçılıq qabiliyyəti
•Tələbəyönümlü və innovativ yanaşma
•Vaxtın səmərəli idarə olunması
•Təhsil–biznes əməkdaşlığının inkişafına töhfə vermək bacarığı
•Yerli və beynəlxalq elmi layihələrdə, qrant proqramlarında və peşəkar təşkilatların fəaliyyətində iştirak təcrübəsi üstünlük hesab edilir
•Scopus , Web of Science və digər beynəlxalq indeksli elmi jurnallarda nəşrlərin olması, habelə beynəlxalq akkreditasiya və peşəkar sertifikatlaşdırma proseslərində iştirak təcrübəsi üstünlük hesab olunur. Maraqlanan namizədlər öz CV-lərini hr@au.edu.az elektron poçt ünvanına göndərə bilərlər.