•Su soyutma sistemlərinin (soyutma q ü llələri, nasoslar, kollektorlar, boru xətləri) normal rejimdə istismarına nəzarət etmək. Dövriyyə suyun temperaturu, təzyiqi, səviyyəsi və sərfiyyatına nəzarət aparmaq. Nasos aqreqatlarının, elektrik mühərriklərinin və mexaniki hissələrin iş rejimini izləmək. Ölçü cihazlarından və sahə avadanlıqlarından daxil olan siqnalları izləmək və təhlil etmək. Alarm və qəza siqnalları zamanı ilkin tədbirləri görmək və məsul şəxslərə məlumat vermək. Su sızmaları, vibrasiya, qeyri-normal səs və temperatur artımı kimi hallar üzrə operativ reaksiya vermək. Müəyyən edilmiş qrafik üzrə texniki baxış və texniki qulluq işlərinin icrasını təşkil etmək. Avadanlıqların iş rejimi ilə bağlı növbə jurnallarını və əməliyyat qeydlərini aparmaq. Təhlükəsizlik qaydalarına, əməyin mühafizəsi və sənaye təhlükəsizliyi tələblərinə ciddi əməl etmək.
Tələblər
•Orta ixtisas və ya ali texniki təhsil (mexanika, energetika, istilik energetikası, sənaye sistemləri üzrə)
•İstehsalat sahəsində 1-3 il iş təcrübəsi
•Məsuliyyətli və diqqətli olmaq
•Komanda ilə işləmə bacarığı
•Növbəli iş rejiminə uyğunlaşmaq
•Operativ qərar vermək bacarığı
İş şəraiti: İş yeri
•Sumqayıt şəhəri
İş qrafiki
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
•Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi
•Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı
•Daim araşdırmaq, yeniliyə və təşşəbüskarlığa önəm verən xarici və yerli peşəkarlarla təcrübə mübadiləsi imkanı
•Davamlı inkişafda olan peşəkar komandanın üzvü olmaq imkanı
•Mövzü yerinə “Qazanxana operatoru” yazıb recruitment@azerfloat.az elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. "AzerFloat" QSC float texnologiyası əsasında ildə 8 mln. m2 müxtəlif çeşiddə vərəqə şüşə lövhələr istehsalını həyata keçirir. 2021-ci ildən tam fəaliyyətə başlamış şirkətimiz məhsullarının 80%-ni “Karabagh Glass” brendi adı altında ixrac edərək dünya bazarında ciddi diqqət çəkmişdir. Ən müasir istehsalat və idarəetmə texnologiyaları əsasında istehsal olunan qlobal rəqabət qabiliyyətli məhsulumuz yeniliyə və inkişafa yüksək dəyər verən peşəkar komandımızın uğurudur.