•Family School Naxçıvan filialına İngilis dili müəllimi tələb olunur! - İngilis dili müəllimi (General English & International Exam Preparation) Təhsil sahəsində inkişaf etməyi hədəfləyən, tələbələrinin nəticələrinə məsuliyyətlə yanaşan və peşəkar komandamızın bir hissəsi olmaq istəyən müəllimləri Family School ailəsinə dəvət edirik. Namizəddən tələblər İngilis dilini yüksək səviyyədə bilməli (akademik və praktik istifadə bacarığı). Güclü Speaking , Communication və təqdimat bacarığına sahib olmalı. Minimum 2 il müəllimlik təcrübəsi olmalıdır. IELTS, TOEFL, Duolingo, SAT English və digər beynəlxalq imtahanlara hazırlıq təcrübəsi üstünlük hesab olunur. Dərsləri planlı və sistemli şəkildə təşkil etməli, tələbələrin akademik inkişafını mütəmadi izləməlidir. Tələbələrin zəif və güclü tərəflərini müəyyən edərək onların inkişafı üçün fərdi yanaşma tətbiq etməlidir. Məsuliyyətli, punktual, operativ və çevik qərarvermə bacarığına sahib olmalıdır. Komanda ilə işləmək, təcrübə paylaşmaq və məktəbin akademik standartlarına uyğun fəaliyyət göstərmək bacarığı olmalıdır. Özünü daim inkişaf etdirməyə və yeni tədris metodlarını öyrənməyə açıq olmalıdır. Tələbələrin davamiyyəti, nəticələri və inkişafı ilə bağlı məsuliyyət hissi yüksək olmalıdır. Əsas vəzifələr General English, Speaking və beynəlxalq imtahan hazırlıq dərslərinin keçirilməsi. Tələbələrin akademik inkişafının davamlı izlənilməsi və qiymətləndirilməsi. Dərs planlarının hazırlanması və tədris prosesinin effektiv idarə olunması. Müntəzəm sınaq imtahanlarının və qiymətləndirmələrin aparılması. Valideyn və akademik heyətlə əməkdaşlıq edərək tələbələrin inkişafına dəstək göstərilməsi. İş yeri Family School – Naxçıvan filialı İş qrafiki və əməkhaqqı İş qrafiki və əməkhaqqı namizədin təcrübəsinə, ixtisasına və iş yükünə uyğun olaraq müsahibə mərhələsində müzakirə ediləcək. Maraqlanan namizədlərdən CV-lərini familyschooledu@gmail.com elektron poçt ünvanımıza göndərmələri xahiş olunur. Müraciətlər nəzərdən keçirildikdən sonra yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq və müsahibəyə dəvət ediləcəklər.
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.