•Yaşayış, kommersiya və çoxfunksiyalı layihələr üzrə təcrübə
•Azərbaycan Respublikasının tikinti norma və qaydaları, şəhərsalma qanunvericiliyi və ekspertiza prosedurları üzrə biliklər
•AutoCAD, ArchiCAD, Revit (üstünlükdür), 3ds Max, SketchUp, Lumion və MS Office proqramlarında işləmək bacarığı
•Analitik düşünmə, məsuliyyətlilik, komanda ilə işləmək və effektiv ünsiyyət bacarığı
•Azərbaycan dilini sərbəst bilmək, rus və ingilis dillərini bilmək üstünlük hesab olunur. Əsas vəzifə öhdəlikləri Yaşayış, kommersiya və digər təyinatlı obyektlər üzrə memarlıq konsepsiyalarının hazırlanması və inkişaf etdirilməsi
•Eskiz, layihə və işçi layihə mərhələləri üzrə memarlıq sənədlərinin hazırlanması və idarə olunması
•Planlar, fasadlar, kəsiklər, detallar və spesifikasiyaların hazırlanması və optimallaşdırılması
•Layihələrin Azərbaycan Respublikasının qüvvədə olan şəhərsalma və tikinti qanunvericiliyinə, tikinti norma və qaydalarına, texniki standartlara və sifarişçi tələblərinə uyğun hazırlanmasının təmin edilməsi
•Şəhərsalma və Dövlət Ekspertizası qurumları ilə layihələrin razılaşdırılması prosesinin koordinasiya edilməsi, normativ tələblərə uyğunluğun təmin olunması və mümkün uyğunsuzluqların layihələndirmə mərhələsində aradan qaldırılması
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
•Memarlıq layihələrinin konstruksiya, elektrik, HVAC, su təchizatı və kanalizasiya, yanğından mühafizə və digər mühəndis bölmələri ilə koordinasiyasının təmin edilməsi
•Sifarişçi, podratçı və digər layihə iştirakçıları ilə işgüzar görüşlərin keçirilməsi və layihələrin təqdim olunması
•Layihə sənədlərinin müəyyən edilmiş müddətlərdə və keyfiyyət standartlarına uyğun hazırlanmasına nəzarət
•Tikinti prosesində müəllif nəzarətinin həyata keçirilməsi, layihə həllərinin düzgün tətbiqinə nəzarət və yaranan texniki məsələlərin operativ həlli
•Layihələrin müəyyən edilmiş vaxt qrafikinə, keyfiyyət standartlarına və büdcə çərçivəsində icrasının təmin edilməsi.
İş yeri
•Ofis Namizədlərdən CV-lərini mövzu hissəsində "Memar" yazmaqla yuxarıda hr@bcr.az elektron poçt ünvanına göndərmələrini xahiş edirik. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.