•STP-Btech şirkətinin əsas fəaliyyət istiqaməti Azərbaycan Respublikası ərazisində yol nişanlarının, informativ lövhələrin istehsalı və quraşdırılması, təhlükəsizlik sədlərinin quraşdırılması o cümlədən yol xətlənmə işlərinin aparılmasıdır.
Vəzifə öhdəlikləri
•İri həcmli və xüsusi araşdırma tələb edən satınalma sifarişlərini qəbul etmək və icrasını təmin etmək
•Bazar araşdırmaları aparmaq, yeni təchizatçıları müəyyən etmək və daxili tender proseslərini təşkil etmək
•Təchizatçıların fəaliyyətini hərtərəfli təhlil etmək, təchizatçı bazasını formalaşdırmaq və kateqoriyalaşdırmaq
•Təchizatçıların qiymət, keyfiyyət, çatdırılma müddəti və digər meyarlar üzrə müqayisəli təhlilini hazırlayaraq rəhbərliyə təqdim etmək
•Satınalma sifarişlərini prioritetləşdirmək, qruplaşdırmaq və planlaşdırmaq
•Satınalma prosesi ilə bağlı sifarişçi struktur bölmələrin müraciətlərini təhlil etmək və operativ həllini təmin etmək
•Təchizatçılarla müqavilələrin hazırlanmasını, razılaşdırılmasını və bağlanmasını təmin etmək, aidiyyəti struktur bölmələrin rəylərini almaq
•Müqavilə öhdəliklərinin vaxtında və düzgün icrasına nəzarət etmək
•Satınalma prosesində yarana biləcək riskləri müəyyən etmək və onların minimuma endirilməsi ilə bağlı təkliflər hazırlamaq
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.