İşin təsviri: Instagram, Facebook, TikTok və digər sosial şəbəkələrdən daxil olan mesajların operativ və nəzakətli şəkildə cavablandırılması Potensial müştərilərə şirkətin məhsul və xidmətləri haqqında ətraflı məlumat verilməsi Müştərilərin müraciətlərinin satışa yönləndirilməsi və izlənilməsi Sosial şəbəkələr üzərindən yeni müştərilərin cəlb olunmasına dəstək göstərilməsi Rəhbərlik tərəfindən verilən digər əlaqəli tapşırıqların yerinə yetirilməsi Tələblər: Azərbaycan dilində səlis yazılı ünsiyyət bacarığı Sosial şəbəkələrdən aktiv istifadə bacarığı Məsuliyyətli, operativ və ünsiyyətcil olmaq Satış və ya müştəri xidməti sahəsində təcrübə üstünlük hesab olunur Komanda ilə işləmək və nəticəyönümlü fəaliyyət göstərmək bacarığı İş şəraiti: İş qrafiki: 5 günlük (yarım ştat) İstirahət günləri
•Şənbə və bazar Əmək haqqı qarşılıqlı razılıq əsasında Sosial şəbəkələr vasitəsilə cəlb edilən hər yeni müştəriyə görə əlavə bonus Peşəkar inkişaf və karyera yüksəlişi imkanı Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “SMM mütəxəssisi” qeyd etməklə hr@brandcredit.az elektron ünvanına göndərə bilərlər.
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.