•Vəzifə və öhdəliklər Ofis, istehsalat və ümumi istifadə sahələrinin gündəlik təmizliyini təmin etmək. Döşəmələrin süpürülməsi, silinməsi və sanitar qaydalara uyğun saxlanılması. Sanitar qovşaqların (WC), mətbəxin və istirahət otaqlarının təmizlənməsi və dezinfeksiyası. Zibil qutularını boşaltmaq və tullantıları müəyyən olunmuş qaydada toplamaq. Təmizlik vasitələrinin və gigiyenik ləvazimatların (sabun, kağız dəsmal, tualet kağızı və s.) mövcudluğunu nəzarətdə saxlamaq və çatışmazlıqları bildirmək. Pəncərə, qapı, mebel və digər səthlərin mütəmadi olaraq təmizlənməsini təmin etmək. Təmizlik işlərini müəssisənin daxili qaydalarına, əməyin mühafizəsi və təhlükəsizlik tələblərinə uyğun yerinə yetirmək. İstifadə etdiyi təmizlik avadanlıqlarını və vasitələrini düzgün və təhlükəsiz şəkildə istifadə etmək. Rəhbərlik tərəfindən verilən digər təmizlik və təsərrüfat xarakterli tapşırıqları vaxtında icra etmək. Təmizlik zamanı müəssisənin əmlakına və avadanlıqlarına diqqətlə yanaşmaq, aşkar edilən nasazlıqlar barədə rəhbərliyə məlumat vermək.
Tələblər Təhsil
•Minimum orta təhsil.
İş təcrübəsi
•Müvafiq sahədə minimum 1 il iş təcrübəsinə üstünlük verilir (təcrübəsiz namizədlərə də baxıla bilər).
Kompüter bilikləri
•Tələb olunmur.
Dil bilikləri: Azərbaycan dili – mütləq Səriştələr
•Təmizlik və gigiyena qaydalarını bilmək. Təmizlik avadanlıqları və vasitələrindən düzgün istifadə etmək bacarığı. Məsuliyyətli və intizamlı olmaq. Səliqəli və diqqətli işləmək. Vaxtın səmərəli idarə olunması. Komandada işləmək bacarığı. Tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək. Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək. Fiziki iş qabiliyyəti və çeviklik. Dürüstlük, etibarlılıq və məxfilik prinsiplərinə riayət etmək.
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
İmkanlar və Əlavə Qeydlər Könüllü tibbi sığorta Karyera inkişafı və peşəkar təlim imkanları Beynəlxalq texnologiya tərəfdaşları ilə işləmək imkanı İrimiqyaslı istehsalat və texnologiya layihələrində iştirak Təşəbbüs və innovativ ideyalara dəstək 5 günlük iş qrafiki (09:00–18:00) İş yeri
•istehsalat sahəsi Cari vakansiyanın “adını” e-poçtun Mövzu/Subject bölməsində qeyd etməklə careers@openoptix.com elektron poçt ünvanına CV göndərməklə müraciət edə bilərsiniz. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.