•GT CARS avtomobil salonuna gülərüz, məsuliyyətli və ünsiyyət bacarığı yüksək olan resepşn əməkdaşı axtarılır. Namizəd salona müraciət edən müştəriləri qarşılamalı, onları düzgün istiqamətləndirməli və qeydiyyat prosesini həyata keçirməlidir. Vəzifə öhdəlikləri Salona gələn müştəriləri gülərüz şəkildə qarşılamaq
•Müştərilərin qeydiyyatını aparmaq
•Müştəriləri aidiyyəti satış mütəxəssisinə yönləndirmək
•Gündəlik qeydiyyat məlumatlarını düzgün şəkildə qeyd etmək
•Salon daxilində müştəri məmnuniyyətinin təmin olunmasına dəstək olmaq. Namizədə tələblər Xanım namizədlər axtarılır
•Güclü ünsiyyət bacarığı və səlis nitq
•Gülərüz, məsuliyyətli və səliqəli olmaq
•Punktual və diqqətli olmaq
•Komandada işləmək bacarığı
•Kompüterdən ilkin səviyyədə istifadə bacarığı
•Çin dilini bilən namizədlərə üstünlük verilir. Əmək haqqı - 600–1000 AZN Maraqlanan namizədlərdən CV-lərini valiyevamarziyya@gmail.com elektron poçt ünvanına göndərmələri xahiş olunur. CV-də qeyd olunan əlaqə nömrəsinin aktiv (işlək) olması mütləqdir. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.