•Əmək funksiyası Restoranın gündəlik əməliyyatlarına nəzarət etmək. Növbə ərzində əməkdaşların iş bölgüsünü təşkil etmək. Qonaqları qarşılamaq və yüksək xidmət keyfiyyətini təmin etmək. Qonaq şikayət və təkliflərini operativ şəkildə həll etmək. Servis standartlarına və hotel prosedurlarına riayət olunmasına nəzarət etmək. Yeni işçilərin adaptasiyası və təlimində iştirak etmək. Masaların düzgün hazırlanmasına və restoranın təmizliyinə nəzarət etmək. Satışların artırılması üçün menyu və xüsusi təklifləri heyətə izah etmək. Kassa, sifariş və hesab prosedurlarına nəzarət etmək. Mətbəx və digər şöbələrlə koordinasiyalı işləmək. Gündəlik hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək. Gigiyena, sanitariya və əməyin mühafizəsi qaydalarına əməl olunmasını təmin etmək. Tələblər Hotel sahəsində minimum 3 il iş təcrübəsi. Komanda idarəetmə bacarığı. Güclü ünsiyyət və problem həll etmə bacarığı. Azərbaycan dilini sərbəst, rus və ingilis dilini yaxşı səviyyədə bilmək Opera PMS Software və Microsoft Windows proqramlarını bilmək
•Qonaqpərvərlik və müştəriyönümlü yanaşma. Maraqlanan namizədlər öz CV-lərini aze.careers@fairmont.com elektron poçt ünvanına göndərə bilərlər.
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.