•Vəzifə haqqında Şirkətimiz informasiya sistemlərinin təhlükəsizliyinin təmin edilməsi və kibertəhlükəsizlik tədbirlərinin həyata keçirilməsi istiqamətində komandamıza qoşulacaq məsuliyyətli və inkişaf yönümlü İnformasiya Təhlükəsizliyi üzrə Mütəxəssis / Kiçik Mütəxəssis axtarır.
Qeyd
•Namizədin bilik, bacarıq və iş təcrübəsinə uyğun olaraq vəzifə səviyyəsi (Kiçik Mütəxəssis və ya Mütəxəssis) müəyyən ediləcək. Əsas vəzifə öhdəlikləri İnformasiya təhlükəsizliyi siyasət və prosedurlarının icrasında iştirak etmək. İnformasiya təhlükəsizliyi insidentlərini izləmək, qeydiyyata almaq, araşdırmaq və nəticələri barədə hesabat hazırlamaq. İstifadəçilərin informasiya sistemlərinə giriş hüquqlarının idarə edilməsində iştirak etmək. Server, şəbəkə və informasiya sistemlərinin təhlükəsizlik vəziyyətini monitorinq etmək. SIEM, EDR, DLP, Antivirus və digər təhlükəsizlik həllərinin gündəlik monitorinqini həyata keçirmək. Təhlükəsizlik zəifliklərinin müəyyən edilməsi və aradan qaldırılması prosesində iştirak etmək. Təhlükəsizlik üzrə audit və yoxlamalara hazırlıq işlərində iştirak etmək. İnformasiya təhlükəsizliyi üzrə daxili sənədlərin hazırlanmasına və yenilənməsinə dəstək vermək. İşçilərin informasiya təhlükəsizliyi üzrə maarifləndirilməsi tədbirlərində iştirak etmək. Rəhbərlik tərəfindən verilən digər aidiyyəti tapşırıqları yerinə yetirmək. Tələblər Təhsil İnformasiya Təhlükəsizliyi, İnformasiya Texnologiyaları, Kompüter Elmləri, Kibertəhlükəsizlik və ya əlaqəli sahə üzrə ali təhsil. İş təcrübəsi Kiçik Mütəxəssis vəzifəsi üçün 1 il müvafiq sahədə iş təcrübəsi arzuolunandır. Mütəxəssis vəzifəsi üçün informasiya təhlükəsizliyi və ya informasiya texnologiyaları sahəsində minimum 2 il iş təcrübəsi tələb olunur. Bilik və bacarıqlar İnformasiya təhlükəsizliyinin əsas prinsipləri üzrə biliklər. Windows və Linux əməliyyat sistemləri üzrə baza və ya orta səviyyəli biliklər. TCP/IP, DNS, DHCP, VPN, Firewall və digər şəbəkə texnologiyaları üzrə anlayış. Active Directory və istifadəçi hüquqlarının idarə olunması üzrə biliklər. SIEM, EDR, DLP, IDS/IPS və digər təhlükəsizlik həlləri barədə ümumi anlayış. Risklərin qiymətləndirilməsi və təhlükəsizlik insidentlərinin idarə olunması üzrə biliklər üstünlükdür. Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı. Azərbaycan dilində sərbəst, ingilis və rus dillərini bilmək üstünlük hesab olunur. Sertifikatlar (üstünlükdür) CompTIA Security+ ISO/IEC 27001 Foundation Cisco CCNA Microsoft SC-900 Security, Compliance and Identity Fundamentals CEH (Certified Ethical Hacker) – üstünlük hesab olunur. Şəxsi keyfiyyətlər Analitik düşünmə qabiliyyəti. Məsuliyyətli və diqqətli olmaq. Məxfi məlumatlarla işləmək bacarığı. Operativ qərar qəbul etmə bacarığı. Komandada işləmək və effektiv ünsiyyət qurmaq bacarığı. Öyrənməyə açıq olmaq və peşəkar inkişaf istəyi. Stressə davamlı və nəticəyönümlü olmaq. İş şəraiti Tam ştat. 5 günlük iş qrafiki. Rəqabətqabiliyyətli əməkhaqqı. Təlim və sertifikatlaşma imkanları. Karyera inkişafı perspektivi. Peşəkar və dinamik iş mühiti. Maraqlanan namizədlər öz CV-lərini recruitment@kredaqro.az elektron poçt ünvanına göndərə bilərlər
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.