•Müştəri Xidmətləri üzrə Keyfiyyətə Nəzarət Meneceri müştəri kommunikasiyalarının şirkət standartlarına və tənzimləyici tələblərə uyğunluğunu təmin edən keyfiyyət proseslərinə rəhbərlik edir.
Vəzifə Öhdəlikləri: Müştəri kommunikasiyalarının yüksək standartlara uyğunluğunu təmin etmək məqsədilə keyfiyyət siyasətləri, proses və prosedurlarının hazırlanması, tətbiqi və davamlı təkmilləşdirilməsi Keyfiyyət məqsədlərinin və performans göstəricilərinin (benchmark) müəyyən edilməsi Komanda üzvlərinin mütəmadi performans qiymətləndirilməsinin aparılması və konstruktiv rəy verilməsi Zənglərin, e-poçtların və çat yazışmalarının monitorinqi və qiymətləndirilməsi Keyfiyyət üzrə məlumatların və hesabatların təhlili, trendlərin və inkişaf sahələrinin müəyyən edilməsi Təkmilləşdirmə sahələrinin müəyyən edilməsi və digər departamentlərlə əməkdaşlıq çərçivəsində korrektiv tədbirlərin həyata keçirilməsi Qiymətləndirmə nəticələrinə əsasən təlim proqramlarının hazırlanması və keçirilməsi üçün Təlim Mərkəzi ilə əməkdaşlıq Şirkətin digər bölmələri ilə sıx əməkdaşlıq edərək vahid keyfiyyət yanaşmasının tətbiqi Keyfiyyət göstəriciləri üzrə rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi və davamlı inkişaf təşəbbüslərində iştirak Tələblər: Contact Center sahəsində minimum 3–5 il iş təcrübəsi, o cümlədən ən azı 2 il keyfiyyət və ya rəhbər vəzifədə təcrübə Performans məlumatlarının təhlili, trendlərin müəyyən edilməsi və inkişaf strategiyalarının hazırlanması üzrə inkişaf etmiş analitik bacarıqlar Contact Center keyfiyyət alətləri, CRM sistemləri və Microsoft Office proqramlarında işləmə bacarığı Proses və prosedurların hazırlanması və optimallaşdırılması sahəsində təcrübə Problemlərin həlli və qərarvermə bacarıqları Detallara yüksək diqqət və keyfiyyət standartlarına riayət Yüksək etik standartlar və dürüstlük Strateji düşünmə və keyfiyyət təşəbbüslərini biznes məqsədləri ilə uyğunlaşdırmaq bacarığı Dəyişən biznes tələblərinə uyğunlaşma çevikliyi Dil bilikləri
•Azərbaycan dili – mükəmməl səviyyədə Rus dili – yaxşı səviyyədə Maraqlanan namizədlər öz CV-lərini recruitment@kredaqro.az elektron poçt ünvanına göndərə bilərlər.
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.