•Agro-West Retail MMC “Keyfiyyətə nəzarət üzrə mütəxəssis (meyvə-tərəvəz üzrə)” vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri
•Meyvə-tərəvəz məhsullarının standartlarını müəyyən etmək
•Məhsulların qəbuluna, saxlanılmasına və daşınmasına nəzarət etmək
•Uyğunsuzluqları qeydə almaq və müvafiq tədbirlər planlaşdırmaq
•Fəaliyyətə dair sənədlərin hazırlanmasını, izlənilməsini və saxlanılmasını təmin etmək
•Marketlərdən və müştərilərdən daxil olan müraciətləri araşdırmaq və hesabat vermək
•Şirkətin keyfiyyət standartlarına, daxili qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl etmək. Rəhbərlik tərəfindən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Tələblər
•Ali təhsil (Qida mühəndisliyi)
•MS Office proqramlarında işləmək bacarığı
•Qida təhlükəsizliyi və gigiyena üzrə qanunvericilik bilikləri
•Meyvə-tərəvəz məhsullarının standartları, saxlanma və daşınma şərtləri üzrə biliklər
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
•Nahar və korporativ nömrə şirkət tərəfindən təmin edilir
İş yeri
•Bakı şəhəri, Meyvəli anbarı. Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Keyfiyyətə nəzarət üzrə mütəxəssis (meyvə-tərəvəz üzrə)” qeyd etməklə hr@aplus.az elektron poçt ünvanına göndərə bilərlər.
Keyfiyyətə nəzarət üzrə mütəxəssis (meyvə-tərəvəz üzrə) | Agro-West DC (Aqro-Vest DC) - Jobera