•1. Vəzifələr və məsuliyyətlər Mağazada satış prosesinin peşəkar şəkildə icra olunması. Müştərilərlə fərdi yanaşma əsasında münasibət qurmaq və onları düzgün yönləndirmək Müştərilərə məhsulların xüsusiyyətlərini, üstünlüklərini və zəmanət şərtlərini izah etmək. Mağazada təqdim olunan məhsulların dizayna uyğun və təmiz şəkildə düzülməsinə, ümumi vizual görünüşünə nəzarət etmək. Yüksək satış hədəflərinə çatmaq üçün aktiv və təşəbbüskar olmaq. Müştəri şikayət və sorğularını cavablandırmaq. Şirkət daxilində satış meneceri və digər şöbələrlə effektiv əməkdaşlıq etmək. Gündəlik, həftəlik və aylıq satış hesabatlarını hazırlamaq və rəhbərliyə təqdim etmək. Mövcud və yeni məhsullar haqqında daim məlumatlı olmaq və öz biliklərini artırmaq üçün təlimlərdə iştirak etmək. Anbarla əlaqədə olub məhsul stoklarını nəzarətdə saxlamaq. 2. Tələb edilən bacarıqlar və təhsil Orta ixtisas təhsilli. Elektronika sahəsində ən azı 1-3 il satış təcrübəsi arzuolunandır. Satış texnikaları və müştəri psixologiyası barədə biliklərə sahib olmaq. Azərbaycan və rus dilləri sərbəst, ingilis dilini bilmək üstünlükdür. 1C proqramında işləmə bacarığı. Aktiv dinləmə və effektiv ünsiyyət bacarıqları. Satış texnikaları və müştəri etirazlarını idarəetmə bacarığı. Problemləri həll etmə və qərarvermə bacarığı. Komanda ilə işləmə və təşəbbüskarlıq. 3.
İş saatları və əmək şərtləri Əmək haqqı: 600 AZN (+ bonus) İş qrafiki
•Növbəli iş qrafiki.
İş yeri
•C. Naxçıvanski küç. 88Q - Podium Mall filialı. Müraciət etmək istəyən namizədlərdən CV-lərini mövzu hissəsində “Satış məsləhətçisi” qeyd etməklə recruitment@mygroup.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.