•Şirkətin maliyyə strategiyasının hazırlanması, maliyyə planlamasının həyata keçirilməsi və maliyyə hədəflərinə nail olunmasının təmin edilməsi
•İllik, rüblük və aylıq büdcələrin hazırlanmasına rəhbərlik edilməsi, struktur bölmələr üzrə büdcələrin formalaşdırılması və icrasına nəzarətin təmin olunması
•Şirkətin uçot siyasətinin hazırlanması, tətbiqi və mütəmadi olaraq yenilənməsinin təmin edilməsi
•Büdcə göstəricilərinin təhlil olunması, xərclərin optimallaşdırılması, gəlirliliyin artırılması və maliyyə səmərəliliyinin yüksəldilməsi istiqamətində təkliflərin hazırlanması
•Maliyyə göstəricilərinin təhlili, performans analizlərinin aparılması və biznes qərarlarının qəbulunda rəhbərliyə dəstək göstərilməsi
•Maya dəyərinin hesablanması və qiymət siyasətinin formalaşdırılmasında iştirak edilməsi
•Pul vəsaitlərinin hərəkətinə nəzarət edilməsi, cash flow planlarının hazırlanması və maliyyə axınının effektiv idarə olunması
•Təchizatçılarla hesablaşmaların, ödəniş cədvəllərinin, debitor və kreditor borcların idarə olunması və nəzarətdə saxlanılması
•Müqavilələrin maliyyə, vergi və risk aspektləri üzrə təhlil edilməsi və rəy verilməsi. Bank və maliyyə institutları ilə əlaqələrin idarə olunması (kredit xətləri, overdraftlar, bank zəmanətləri və digər maliyyə alətləri)
•
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.
Şirkətin gəlir və xərclərinin monitorinqinin aparılması, maliyyə intizamına nəzarət edilməsi və maliyyə siyasətinin tətbiqinin təmin olunması
•Daxili maliyyə nəzarət sistemlərinin qurulması, mövcud proseslərin təkmilləşdirilməsi və maliyyə risklərinin idarə olunmasının təmin edilməsi
•ERP və maliyyə proqramları (o cümlədən iiko) vasitəsilə maliyyə əməliyyatlarının monitorinqi, məlumatların təhlili və idarəetmə hesabatlarının hazırlanması
•Maliyyə və mühasibat sənədlərinin düzgün rəsmiləşdirilməsi, saxlanılması və sənəd dövriyyəsi proseslərinə nəzarət edilməsi
•İnventarizasiya proseslərinə maliyyə nəzarətinin həyata keçirilməsi və nəticələrinin düzgün uçotunun təmin edilməsi
•Aylıq, rüblük və illik maliyyə hesabatlarının hazırlanmasına nəzarət edilməsi, nəticələrin təhlili və rəhbərliyə təqdim olunması
•Vergi öhdəliklərinin düzgün və vaxtında yerinə yetirilməsinə, vergi bəyannamələrinin hazırlanmasına və təqdim edilməsinə nəzarət edilməsi
•Dövlət orqanlarına təqdim olunan maliyyə və statistik hesabatların hazırlanmasına və vaxtında təqdim edilməsinə nəzarət edilməsi
•Daxili audit proseslərinin təşkili və xarici auditorlarla əməkdaşlığın həyata keçirilməsi
•Maliyyə şöbəsinin fəaliyyətinin təşkili, əməkdaşların işinin koordinasiya olunması, inkişafı və fəaliyyət göstəricilərinin idarə edilməsi
•Rəhbərlik tərəfindən tələb olunan maliyyə təhlillərinin, hesabatların və digər operativ məlumatların hazırlanmasının təmin edilməsi.
Kvalifikasiya tələbləri: Təhsili
•Ali təhsil (Maliyyə, Mühasibatlıq, İqtisadiyyat və ya əlaqəli sahələr üzrə)
İş təcrübəsi
•Maliyyə idarəçiliyi, büdcə planlaşdırılması və maliyyə hesabatlılığı sahəsində rəhbər vəzifədə minimum 3-5 il iş təcrübəsi
Sertifikatlar: ACCA, CFA və digər maliyyə sahəsi üzrə peşəkar sertifikatların olması üstünlükdür Tələb olunan bilik və bacarıqlar
•Maliyyə hesabatlılığı və maliyyə analizi bilikləri
•Maliyyə planlaşdırılması bilikləri, Büdcə idarəetməsi və nəzarəti bilikləri
•Maliyyə hesabatlarının hazırlanması, təhlili və interpretasiyası bacarığı
•Cash Flow idarəetməsi üzrə biliklər
•Maliyyə risklərinin qiymətləndirilməsi üzrə biliklər
•Vergi qanunvericiliyi və maliyyə prosedurları üzrə praktiki biliklər
•Strateji düşünmə və qərarvermə bacarığı
•Liderlik və komanda idarəetmə bacarığı
•Maliyyə modelləşdirmə və analitik düşüncə bacarıqları
•Maliyyə proqramları və ERP sistemləri ilə işləmə bacarığı
Təklif edirik: Əmək haqqı
•2500 – 3500 AZN
•Karyera inkişaf imkanı
•Gənc və dinamik komanda
•Rahat və peşəkar iş mühiti
•Rəsmi əmək müqaviləsi və uzunmüddətli əməkdaşlıq imkanı. Tələblərə cavab verən namizədlər CV-lərini "Maliyyə Direktoru" mövzu başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.