İş şəraiti Layihə: Metro infrastrukturu layihəsi İş yeri: Bakı şəhəri İş qrafiki: 6 günlük iş həftəsi İş saatları: 00:00 – 06
•00 (gecə növbəsi) Vəzifə öhdəlikləri Layihə sahəsində əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühit tələblərinə riayət olunmasına nəzarət etmək
•Gündəlik təhlükəsizlik yoxlamaları aparmaq, aşkar edilmiş uyğunsuzluqları qeydə almaq və onların aradan qaldırılmasına nəzarət etmək
•Risk qiymətləndirmələrinin hazırlanmasında və yenilənməsində iştirak etmək
•İşçilər üçün giriş, təkrar və məqsədli təhlükəsizlik təlimatlarını keçirmək
•Hündürlükdə işlər, qazıntı işləri, qapalı məkanlarda işlər, elektrik işləri və digər yüksək riskli fəaliyyətlərə nəzarət etmək
•Fərdi mühafizə vasitələrinin düzgün istifadəsini təmin etmək və istifadəsinə nəzarət etmək
•Qəza, insident və təhlükəli hadisələrin araşdırılmasında iştirak etmək, müvafiq hesabatlar hazırlamaq
•SƏTƏMM üzrə gündəlik, həftəlik və aylıq hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək
•Təhlükəsizlik nişanlarının, xəbərdaredici lövhələrin və mühafizə vasitələrinin düzgün tətbiqinə nəzarət etmək
•Əməyin mühafizəsi ilə bağlı normativ sənədlərin və jurnalların aparılmasını təmin etmək