•Hərəkətdə olan traktorların marşrut üzrə, mərkəzləşdirilmiş obyektlərdə və yolüstü yüklənmə məntəqələrində hərəkəti barədə filial rəhbərliyini məlumatla təmin edir
•Pambıq və digər üzvi maddələrin daşınma istiqamətləri və onlara olan faktiki sifarişlər haqqında məlumatların toplanmasını və təqdim edilməsini təşkil edir
•Avtomobil, kombayn və traktor sürücülərinə marşrut dəyişiklikləri barədə məlumatın vaxtında çatdırılmasını təmin edir
•PİNŞ müdiri və baş mexaniklə birlikdə fermerlərin becərmə və yükdaşımaya olan tələbatının tam ödənilməsinə yönəldilmiş tədbirlərin işlənib hazırlanmasında iştirak edir
•Traktorların iş məhsuldarlığının yüksəldilməsinə və daşımaların maya dəyərinin aşağı salınmasına imkan yaradan tədbirlər həyata keçirir
•Operativ dispetçer hesabatlarının vaxtında tərtib edilərək Mexanizasiya şöbəsinə təqdim olunmasını təmin edir
•Dispetçer sənədlərinin vəziyyətinə və əmtəə-nəqliyyat sənədlərinin düzgün rəsmiləşdirilməsinə nəzarət edir.
•Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqlarına malik olmalıdır
•Avtomobil nəqliyyatı ilə sərnişin və yüklərin daşınması üzrə yuxarı orqanların qərarlarını, sərəncamlarını, əmrlərini, metodiki, normativ və digər rəhbər sənədləri bilməlidir
•Daşımaların planlaşdırılması və dispetçer idarəetməsinin təşkili qaydalarını bilməlidir
•Elektron-hesablama maşınlarından istifadə etməklə səmərəli marşrutların hazırlanması metodlarını bilməlidir
•Yol hərəkəti qaydalarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarını bilməlidir
•Hərəkətdə olan avtomobil nəqliyyatının texniki istismar qaydalarını bilməlidir.