•AQA Şirkətlər Qrupu "Rəngsaz" vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri
•Rəngləməyə hazırlıq işlərinin yerinə yetirilməsi
•Qumlama-astarlama prosesindən çıxmış divar səthlərin cilalanması,üzlənməsis və boyanması
•İnzibati və istehsalat binalarda divarların, tavanların, döşəmələrin, qapı və pəncərələrin, daxili kommunikasiya xətlərinin təmizlənməsi və rənglənməsi işlərinin yerinə yetirilməsi
•Alət və avadanlıqların gündəlik olaraq təmizlənməsi və saz vəziyyətdə saxlanılması
•Tikinti materiallarından qənaətlə istifadə edilməsi
•Görülən işlərin keyfiyyətlə yerinə yetirilməsi və tullantıların idarə edilməsi
•proseduruna riayət etməklə ətraf mühitin çirklənməsinin qarşısının alınması
•İş yerinin təmiz saxlanılması, iş prosesi zamanı əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə qaydaların tələblərinə, daxili nizam-intizam qaydalarına riayət edilməsi
•Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi
•Texniki menecerin tapşırığı ilə digər işlərin görülməsi.Minimum 1-3 il iş təcrübəsi
•Əməyin təhlükəsizliyi qayda və qanunlarına uygun fəaliyyət göstərməli.
Yaş həddi
•26-40
•Boya kodları, tərkibləri haqqında ümumi məlumatı olmalı
•Boyama prosesində istifadə edilən avadanlıqların istifadəsini və texniki xarakteristikasını yaxşı bilməli
•Texniki alətləri və materialları tanımaq
•Üzərinə məsuliyyət götürmək bacarığı
•Operativlik, dəqiqlik və səliqə
•Komandada işləmək bacarığı
•Məsuliyyətli, nizam-intizamlı, etibarlı və dürüst olmalıdır. Əmək haqqı namizədin bilik, bacarıq və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən olunacaq.