•Əkindən öncə seçilən torpağın hər hektarına düşən məhsuldarlıq normasının müəyyən edilməsi, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsi, torpağın münbitliyini artırmaq üçün lazımi tədbirlərin görülməsi
•Aqro-texniki tədbirlərin həyata keçirilməsi, alaq otlarının təmizlənməsi, suvarma işlərinin təmini və su itkisinin azaldılması
•Torpağın kimyəvi analizi, bitkinin inkişaf fazasına uygun yemləmə rasionlarını (gübrələmə, mineralların verilməsi vs.) müəyyən edilməsi
•Bitkinin bioloji yetişkənlik dövrünün müəyyən edilməsi, xəstəlik və zərər vericilərə qarşı kimyəvi və mexaniki mübarizə tədbirlərinin görülməsi
•Kənd təsərrüfatına yararlı sahələrdən, işçi qüvvəsindən və texnikadan səmərəli istifadə üçün müəyyən əməyin düzgün təşkil edilməsi, iş normalarının yerinə yetirilməsi
•Toxum çeşitləri haqqında məlumatlı olmaq, torpaq və hava temperaturuna uygun olaraq toxum çeşidi və səpin müddətini müəyyən edilməsi
•Kənd təsərrüfatı bitkilərinin gübrələmə, dərmanlama və suvarma rejimləri üzrə proqramların hazırlanması
•Bitkinin veqetativ inkişafına uyğun kultivasiya (bəsləmə) ve yemləmə təyini qaydalarına əməl edilməsi