•Uçuş heyətinin yerüstü (classroom), simulyator və uçuş təlimlərinin illik və dövri planlarının hazırlanması və icrasına nəzarət etmək
•Təlimlərin vaxtında və təsdiq olunmuş proqramlara uyğun keçirilməsini təmin etmək məqsədilə uçuş heyətinin kurslara cəlb olunmasına nəzarət etmək
•Uçuş heyətinin sayına və ehtiyaclara uyğun olaraq trenajor mərkəzlərində simulyator slotlarının sifariş edilməsini təşkil etmək
•Sifariş olunmuş trenajor slotlarının düzgün istifadəsinə, icrasına və dəyişikliklərin operativ idarə olunmasına nəzarət etmək
•Simulyator və uçuş təlimlərinin planlaşdırılması və koordinasiyasını müvafiq təlim mərkəzləri, instrukturlar və daxili struktur bölmələri ilə birgə həyata keçirmək
•Sinif (yerüstü) təlimləri üçün təlim otaqlarının planlaşdırılmasını və istifadəsini təşkil etmək
•Ölkəxarici təlimlərin planlaşdırılmasını həyata keçirmək, ezamiyyət proseslərini (sənədləşmə, qrafik, koordinasiya) təşkil etmək və keçirilən təlimlərə nəzarət etmək
•Bütün növ kurslar və trenajor məşğələləri üzrə məlumatların müvafiq kompüter proqramlarında və məlumat bazalarında düzgün və vaxtında qeydiyyata alınmasını təmin etmək
•Təlimlərlə bağlı sənədlərin, sertifikatların və hesabatların uçuş heyətinin şəxsi işlərində normativ tələblərə uyğun şəkildə saxlanılmasına nəzarət etmək
•Keçirilmiş bütün təlimlər üzrə dövri və tələb əsasında hesabatlar hazırlamaq və şöbə rəhbərinə təqdim etmək