•İş yeri - Müşfiqabad qəsəbəsi Əsas Vəzifələr Polad lövhələrin tələb olunan radius və texniki göstəricilərə uyğun formalaşdırılması üçün lövhə bükmə (plate rolling) avadanlıqlarını idarə etmək. Çertyojları, iş tapşırıqlarını və texniki spesifikasiyaları oxumaq və şərh etmək. İstehsal prosesi boyunca məhsulun ölçülərini, bucaqlarını və tolerantlıqlarını yoxlamaq. Tələblərə uyğunluğu təmin etmək üçün radiusu tənzimləmək və düzəlişlər etmək. Qaynaq üçün səthləri üyütmək və kənarları pah hazırlamaq. Son qaynaqdan əvvəl komponentləri nöqtəvi qaynaq (tack welding) ilə birləşdirmək. Forklift, körpülü kran (overhead crane) və lövhə bükmə avadanlığı da daxil olmaqla müxtəlif avadanlıqları təhlükəsiz şəkildə idarə etmək. Materialları və hazır məhsulları iş sahəsi daxilində daşımaq. Avadanlıqların gündəlik yoxlamasını və əsas texniki xidmətini həyata keçirmək. Təmiz, nizamlı və təhlükəsiz iş mühitini qorumaq. İstehsal planına dəstək vermək, lazım gəldikdə əlavə iş saatlarında və müxtəlif növbələrdə işləmək. Tələblər Minimum 5–6 il istehsalat təcrübəsi, üstünlük ağır metal konstruksiya (heavy fabrication) sahəsində. Çertyoj və texniki rəsmləri oxumaq bacarığı. Forklift və körpülü kran idarəetmə təcrübəsi və ya bu sahədə sertifikat almağa hazır olmaq. Əsas riyazi hesablamalar və ölçmə bacarıqları. Polad formalaşdırma, bükmə və ya üyütmə təcrübəsinə üstünlük verilir. Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını mövzu hissəsində “Valçovka maşını operatoru” cv@nwconstruction.com və ya hr@nwconstruction.com elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində vakansiyanın adını qeyd etməyiniz vacibdir.
Uyğunluğunuzu görün
Daxil olun və CV-nizi yükləyin, AI bu elana uyğunluğunuzu analiz edib məsləhət versin.