•PROSYS MMC olaraq, HRMpro proqram təminatının inkişafı və tətbiqi prosesində iştirak edəcək Əmək haqqı hesablanması üzrə mühasib axtarırıq! Əgər əmək haqqının hesablanması, əmək qanunvericiliyi və mühasibatlıq sahəsində güclü biliklərə maliksinizsə, komandamızda yerinizi almaq fürsətini qaçırmayın.
İş yeri: Bakı, Azərbaycan İş rejimi: Tam ştat (Full-time) Sizdən gözlədiklərimiz: Mühasibatlıq və ya maliyyə üzrə bakalavr dərəcəsi Əmək haqqı, məzuniyyət, ezamiyyə, DSMF, işsizlik sığortası və gəlir vergisinin hesablanması üzrə minimum 3 il təcrübə Azərbaycan Respublikası Əmək və Vergi Məcəlləsinin müvafiq maddələri üzrə əla bilik HRM sistemləri ilə işləmə bacarığı Analitik düşüncə və detallara diqqət Komandada işləmək və problemləri yaradıcı şəkildə həll etmək bacarığı Arzuolunan biliklər: Biznes proseslərinin modelləşdirilməsi və optimallaşdırılması SQL və PL/SQL bilikləri Jira, Balsamiq Wireframes, MS Visio ilə iş təcrübəsi Agile və SCRUM metodologiyaları ilə tanışlıq Vəzifə öhdəlikləri: Müştəri tələblərinin toplanması və analizi Biznes proseslərinin təhlili və sənədləşdirilməsi Texniki tapşırıqların və funksional spesifikasiyaların hazırlanması Proqram təminatının test edilməsi və keyfiyyətə nəzarət Yeni funksionallıqların sınaqdan keçirilməsi Məhsulun təqdimatı və tətbiq dəstəyi Proqramçılar tərəfindən görülən işlərin yoxlanılması və təhvil alınması Biz sizə təklif edirik: Rəqabətə davamlı əmək haqqı 5 günlük iş həftəsi (09:00 – 18
•00) Peşəkar inkişaf və karyera imkanları Maraqlı və innovativ layihələrdə iştirak Dostyana və dinamik komanda mühiti CV-nizi mövzu hissəsində "Əmək haqqı hesablanması üzrə mühasib" qeyd etməklə hr@prosys.az elektron poçt ünvanına göndərin. Sizin bilik və təcrübəniz HRMpro-nun inkişafına töhfə verə bilər!
Elan məlumatları
BölgəAZ1009, Bakı şəhəri, Bəşir Səfəroğlu küçəsi 133,