•Bakı, Azərbaycan Hazırda marketinq və korporativ kommunikasiya fəaliyyətlərinin gücləndirilməsi məqsədilə Qrafik Dizayner / Motion Dizayner vəzifəsi üzrə peşəkar namizədlərin müraciətlərini qəbul edirik.
Vəzifə öhdəlikləri
•Şirkətin korporativ standartlarına uyğun qrafik dizayn materiallarının hazırlanması
•Sosial media, veb-sayt və digər rəqəmsal platformalar üçün vizual məzmunların yaradılması
•Motion qrafika, animasiya və video kontentlərin hazırlanması
•Korporativ təqdimatlar, broşürlər, kataloqlar, reklam materialları və digər marketinq məhsullarının dizaynı
•Brend identikliyinin qorunması və inkişaf etdirilməsi
•Marketinq və biznes inkişafı komandaları ilə koordinasiyalı fəaliyyət göstərilməsi
•Müasir dizayn trendlərinin izlənilməsi və tətbiq olunması.
Tələblər
•Qrafik dizayn, vizual kommunikasiya və ya əlaqəli sahə üzrə təhsil
Adobe Photoshop, Adobe Illustrator və Adobe After Effects proqramlarında yüksək səviyyədə işləmə bacarığı
•Video montaj proqramları (Adobe Premiere Pro, DaVinci Resolve və s.) üzrə biliklər
•Kreativ yanaşma, vizual düşünmə və detallara diqqət
•Vaxtın effektiv idarə olunması və komanda ilə işləmə bacarığı
•Portfolio təqdim olunması mütləqdir.
Üstünlük veriləcək namizədlər
•Enerji, texnologiya və ya sənaye sektorunda dizayn təcrübəsi olanlar
•3D qrafika və animasiya proqramları üzrə biliklərə malik şəxslər
•UI/UX dizayn sahəsində ilkin bilik və təcrübəsi olan namizədlər. Maraqlanan namizədlərdən CV və portfolio fayllarını hr@gstaffagency.com elektron poçt vasitəsilə göndərmələri xahiş olunur.