İş yeri: Bakı şəhəri İş qrafiki: Həftəiçi 5 gün (09:00 - 18:00) Vəzifə öhdəlikləri
•İnternet banking əsas əməliyyatlar (beynəlxalq köçürmələr, valyuta mübadiləsi, əmək haqqı ödənişləri, Dövlət büdcəsinə vergi və digər ödənişlərin icrası) Debitor və kreditorlarla hesablaşma uçotunun aparılması, borclara nəzarət və təhlil Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil və nəzarət edir
•Elektron qaimələrin yazılması və bununla əlaqədar satış sənədlərinin, Müqavilələrin, Hesab fakturaların, Qiymət razılaşma protokollarının, Təhvil-təslim aktlarının hazırlanması
•Online Kargüzarlığa daxil olan sorğuların araşdırılması və qanunvericilik çərçivəsində təyin olunan müddətdə cavablandırılması. ƏDV, SV, Əmlak, Mənfəət, DSMF, Statistika və sair maliyyə hesabatların hazırlanması və aidiyyatı orqanlara vaxtında göndərilməsi
•Dövlət orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
Namizədə dair tələblər: Staj: ən azı 3 il Yaş
•25 — 40 yaş Ali təhsil (İqtisadiyyat, maliyyə və ya mühasibatlıq üzrə). Azərbaycan dilində mükəmməl bilmək (rus və ingilis dili biliyi üstünlükdür). 1C 8.3 proqramını, Microsoft Office proqramlarını (WORD, EXCEL) yaxşı səviyyədə bilmək. Beynəlxalq sertifikatları (F3, F7), PMS sertifikatı olanlara üstünlük veriləcək. Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
Təklif edirik
•Rəqabətədavamlı əmək haqqı (namizədin bilik və bacarıqları əsasında)
•Rahat, dəstəkləyici və dinamik iş mühiti, Karyera yüksəlişi perspektivləri
•Stabil və uzunmüddətli əməkdaşlıq imkanı
•Korporativ tədbirlər və komanda fəaliyyətləri
Müraciət üçün
•Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini cv@mazarina.az elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində “Aparıcı mühasib” qeyd olunması mütləqdir.