Şöbə: Qida və İçki Vəzifə: Ofisiant (Waiter) Şirkət: Courtyard by Marriott Baku Ünvan
•Füzuli və Ə.
Top çubaşov küçələrin kəsişməsi, 300-303 Son tarix: 27 iyun 2026 İşin təsviri
•Hər zaman müştərilərə eksklüziv, səmimi, nəzakətli və peşəkar xidmətlər təqdim etmək. Qonaqlara qida və içkiləri müəyyən edilmiş icra standartları və İaşə şöbəsi üçün müəyyən edilmiş xidmət ardıcıllığına müvafiq olaraq təqdim etmək. Bütün qonaqlar və daxili müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək, problemlərin qənaətbəxş şəkildə həll edilməsinə əmin olmaq üçün onları başa çatdırmaq. İaşə şöbəsinin menyusunda olan qida və içkilər haqqında məlumatlı olmaq və qonaqların yemək və içki sifarişlərini qəbul etmək. Restoranı servis üçün hazırlamaq, masaların qurulması, təmizlik işləri və digər müəyyən edilmiş tapşırıqları yerinə yetirmək. İaşə şöbəsinin kassa-ödəniş terminalından müəyyən edildiyi kimi istifadə etmək. Bütün satış əməliyyatlarının müvafiq qaydada qeydiyyata alınmasını təmin etmək, İaşə şöbəsində çeklərin buraxılması, ləğv edilməsi və ya onlara düzəlişlər edilməsi üzrə müəyyən edilmiş prosedurlara riayət etmək. Yemək və içkiləri müəyyən edilmiş standartlara müvafiq olaraq təqdim etmək. Masaları təmizləmək və çirkli qabları qabyuma ərazisinə aparmaq. Restoranın açılışı və bağlanışı ilə bağlı təyin edilmiş tapşırıqları yerinə yetirmək. Xüsusi təamlar və içkilərin hazırlanma qaydaları və inqrediyentlərlə bağlı qonaqların xüsusi xahişlərinin yerinə yetirilməsi baxımından tələb olunduqda, çeviklik nümayiş etdirmək. İaşə şöbəsinin meneceri tərəfindən xarici görünüşlə bağlı müəyyən edilmiş təlimatlara riayət etmək. Şirkətin bütün minimal brend standartlarının icra edilməsini təmin etmək və müvafiq sayıldıqda, digər brend standartlarının icra olunmasını təmin etmək. Namizədə olan tələblər Ofisiant kimi 1-2 il iş təcrübəsinə malik olmaq
•Müxtəlif iş qrafiklərində işləmək bacarığı
•İngilis dilində şifahi ünsiyyət qabiliyyətinə malik olmaq
•
Elan məlumatları
Bölgəİş yeri: Bakı şəhəri, Nəsimi rayon - Qış parkının yanı.
Komandada işləmək bacarığı, gülərüzlü olmaq. Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Waiter/Waitress” və ya “Ofisiant” qeyd edərək CV-lərini careers@courtyardbaku.com elektron ünvanına 27.06.2026-cı ilədək göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
Hotelə ofisiant tələb olunur | Courtyard by Marriott Baku Hotel - Jobera